Əfv olunan qadın: Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır

      Əfv olunan qadın:    Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır
  26 May 2024    Oxunub:1117
Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmuşdum. Doqquz il cəza almışdım, 6 ildir cəza çəkirdim. Prezident İlham Əliyevin əfv Sərəncamına əsasən üç il çəkəcəyim cəzadan azad olundum. Mənim üçün gözlənilməz oldu. Azadlığa çıxacağımı eşidəndə keçirdiyim hissləri ifadə edə bilmirəm.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Gülüş Fətəliyeva deyib.

“Humanist yanaşmaya görə, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Üç balama və ailəmə qovuşdum. Altı aydır ki, övladlarımı görmürdüm. Buradan çıxan kimi ilk gedəcəyim yer övladlarımın yanıdır”, - deyə G.Fətəliyeva bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti