Yanvarın 28-dən yerli kanallar HD formatda yayıma keçir - Nazirlik
![Yanvarın 28-dən yerli kanallar HD formatda yayıma keçir - Nazirlik Yanvarın 28-dən yerli kanallar HD formatda yayıma keçir - Nazirlik](https://azvision.az/photos/2022/01/1643107862.jpg)
Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.
HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.
Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.
AzVision.az
Teqlər: