“Namizədliyini geri götürənlərin adının üstündən xətt çəkiləcək” - MSK sədri

“Namizədliyini geri götürənlərin adının üstündən xətt çəkiləcək” -    MSK sədri
  27 Yanvar 2020    Oxunub:3081
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədliyini geri götürənlərin adlarının seçki bülletenindən çıxarılıb-çıxarılmayacağına aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, MSK sədri jurnalistlərə açıqlamasında deyib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək:

“Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç bir seçki bülleteninə düşməsin”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti