Prezident Davosda Giorgi Qaxariya ilə görüşüb

Prezident Davosda Giorgi Qaxariya ilə görüşüb
  23 Yanvar 2020    Oxunub:2480
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü olub.
Azvision.az -ın məlumatına görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, yanvarın 21-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya üçün yeni baxış – dayanıqlı inkişaf üçün tərəfdaşlıq” mövzusunda keçirilən iclasda bu layihənin önəmi qeyd edilib və onun yeni əməkdaşlıq formatının yaradılmasında xüsusi rolu vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.



Azvision.az


Teqlər: Prezident   Davos   Gürcüstan   Qaxariya  





Xəbər lenti