Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatın gödəkcəsinin cibində gizlədilmiş bükülüdə 2,1 qram tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az