Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır
![Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır](https://azvision.az/photos/2018/09/bd6e4-1536901964.jpg)
Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi Ordu Təlim