Məcburi köçkünlərə bayram sovqatı verilib
Bayram sovqatı ünvanlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə başçısına və “AXDG” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.
Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldığı dövrdən şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də ailəsində şəhid olan işçilərə maddi yardım göstərilməsini, onların sosial təminatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.
AzVision.az