Azərbaycanda 37 nəfəri ilan sancıb - (VİDEO)
![Azərbaycanda 37 nəfəri ilan sancıb - (VİDEO) Azərbaycanda 37 nəfəri ilan sancıb - (VİDEO)](https://azvision.az/photos/2018/06/Ushag-1529734011.jpg)
Bu barədə AzVision.az-a şöbə müdiri Azər Maqsudov məlumat verib. O, bildirib ki, bu müddət ərzində 5 əqrəb sancması hadisəsi baş verib.
A. Maqsudov qeyd edib ki, yanvar ayından bu günə qədər 62 dərman zəhərlənməsi ilə əlaqədar şöbəyə müraciət daxil olub. "Onlardan 16-nın vəziyyəti ağır olub, ölüm halı qeydə alınmayıb. Sirkə turşusundan zəhərlənmə ilə bağlı 13 xəstə müraciət edib, onlardan biri ölüb. Pambıq tarlasındakı zəhərlənmə ilə bağlı 8 nəfər müraciət edib" .
Aytən Zəhra
AzVision.az
Teqlər: Azər-Maqsudov Zəhərlənmə