Əməkdaşımızın bildirdiyinə görə, əvvəlki aksiyalarla müqayisədə çox sönük başlayan aksiyaya qatılanların da sıraları seyrəkdir. Müxalifət bunu soyuq hava ilə izah edir. Ekspertlər isə Asəf Quliyevin istefasın səbəb kimi üstün tutur.
Başlama vaxtından (16:00) 30 dəqiqə sonra vəziyyətin dəyişmədiyini və insanların 1500 dən artıq yığılmayacağını görən müxalifət liderləri mitinqə qədəm qoydular və aksiyanı açıq elan etdilər. Cəmil Həsənlini pafos və şər-xata dolu çıxışına başlasa da, Əli Kərimli və İsa Qəmbər namizədlərinin yanında görünmürdü. Onlar Cəmil Həsənlini tribunada tək qoymuşdular. Daha sonra jurnalistlər Əli Kərimli və İsa Qəmbəri iştrakçıların içindən tapdı və şəkillərini çəkdi.
Cəmil Həsənli isə bu çıxışında da fərqlənmədi. Platformasını kənara qoyub bolluca İqtidarı tənqid edən namizəd, mitinqdən doymadı və təşviqat kompaniyasının axrıncı mitinqi olmasına baxmayaraq “Bu bizim axrıncı mitinqimiz deyil” dedi.