`Pənah Hüseyn sabirabadlıları təhqir edib`-İcra Hakimiyyəti

`Pənah Hüseyn sabirabadlıları təhqir edib`-İcra Hakimiyyəti
  05 Oktyabr 2013    Oxunub:1116
Oktyabrın 4-də Milli Şuranın prezidentliyinə namizədi Cəmil Həsənlinin Sabirabad seçicilərləri ilə şəhər stadionunda görüşü zamanı qarşıdurmanın yaşandığı barədə xəbər vermişdik. Milli Şuraya daxil olan şəxslər qarşıdurma və təxribat cəhdlərinin arxasında rayon rəhbərliyinin dayandığını bildiriblər.

"Məsələ ilə əlaqədar Sabirabad RİH-ın mətbuat xidmətindən “azadinform”a bidiriblər ki, prezidentliyə namizəd Cəmil Həsənliyə Milli Şuranın müraciətinə əsasən, 4 oktyabr 2013-cü il tarixdə saat 11.00-dan 13.00-dək Sabirabad seçiciləri ilə şəhər stadionunda görüş keçirilməsi üçün razılıq verilib.

”Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq görüş-mitinqə həmin gün saat 13.25-də başlayıblar. Görüşdə Milli Şurada təmsil olunan partiyalardan kənardan gələn təxminən 50-60 nəfərlə birlikdə 150-160 nəfərə yaxın eloktırat iştirak edib. Bununla yanaşı bildiririk ki, görüşdə iştirak etmək arzusunda olan bir qrup sabirabadlı seçicilərin stadiona daxil olmasına qarşı tərəf əngəllər törədib. Görüşdə çıxış edənlər Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənli sabirabadlıların heysiyyatına toxunan, dövlətçiliyə və onun rəhbərinə qarşı yönələn təhqiramiz hərəkətləri və çağırışlari ilə görüşdə iştirak etmələrinə ciddi maneələr yaradılmış seçiciləri bilərəkdən profokasiyaya çəkməyə cəhd göstəriblər. Hətta əslən sabirabadlı olan Pənah Hüseyn görüşə gələn camaatın üzərinə şığıyaraq hücum çəkib və onları küçə söyüşləri ilə təhqir edib. Həmçinin görüşdə iştirak edən “Kür” vətəndaş cəmiyyətinin rəhbərlərindən biri “Turan” İnformasiya agentliyinin direktoru Mehman Əliyev mitinqə gələnlər arasında qızışdırıcı təbliğat aparıb. Lakin onlar təxribata uymayıb, tutarlı cavablar verərək, bir ağızdan “Rədd olun Sabirabaddan” deyiblər”. Qarşıdurmaya yol verməmək üçün yerli dövlət və hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülüb. 30 dəqiqəyə yaxın çəkən mitinq insdentsiz başa çatıb”.

İcra hakimiyyətindən bildiriblər ki, mətbuat işçilərinin döyülməsi və İcra Hakimiyyəti işçilərinin mitinqdə iştirakı barədə yazılanlar böhtandan başqa bir şey deyil.


Teqlər:  





Xəbər lenti