4 oktyabr - Beynəlxalq Təbəssüm günü münasibəti ilə Xətai rayonu 3 saylı Uşaq Evininin valideyn himayəsindən məhrum olmuş uşaqlarına Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının hesabına “ASAN xidmət” mərkəzində ümumvətəndaş pasportları verilib
`ASAN`dan AzVision.az-a verilən məlumata görə, 3 saylı Uşaq Evində məskunlaşmış həmin uşaqlar Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş Rəsm və incəsənət festivalının qalibi olmaqla, Moskvada keçiriləcək eyni adlı tədbirdə Azərbaycanı təmsil etmək hüququnu qazanıblar.