Fizuli Ələkbərov yoxsullarla bağlı tapşırıq verdi
Vətəndaşların müraciətləri araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilib və onların hüquqi izahatlar verilib.
Həmçinin, ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların şikayət xarakterli müraciətlər etdiyi məlum olub.
Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.
Nazir Füzuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılman məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlar bu sahədə mümkün köməkliklərin göstərilməsi bə s. barədə müvafiq strukturlara tapşırıqlar verib.
Nazirliyin aparat rəhbəri Elnur Kələntərov jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə bu il ərzində Bakıda və müxtəlif bölgələrdə 18 dəfə vətəndaş qəbulu olub və 800 nəfərə yaxın vətəndaşın qəbulu həyata keçirilib. Onun sözlərinə görə, nazirin bugünki qəbulu qrafikdən kənardır və bir qrup vətəndaş qəbul edilib, onlara maşın, əlil arabası və mənzil verilib.
Sevinc