Nazirlik Elnarə Tofiqqızının ölüm səbəbini araşdıracaq
Səhiyyə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, müraciət bu gün nazirliyə daxil olub.
Onun sözlərinə görə, həmin məktuba əsasən baş mütəxəssislərin cəlb olunması ilə ölümün səbəbləri araşdırılacaq: “Araşdırmalar nəticəsində klinikanın bu əməliyyatı həyata keçirməyə ixtiyarının olub-olmaması, həkimin səhvinin nə dərəcədə olması və bu kimi digər məsələlər müəyyənləşəcək. Araşdırmanın nəticəsində sonra isə məsələ ilə əlaqədar müvafiq tədbirlər görüləcək”. (apa)
Teqlər: