`Hacı Məmmədov çəkdiyi şəkillərə parol qoyur`

`Hacı Məmmədov çəkdiyi şəkillərə parol qoyur`
  03 Oktyabr 2013    Oxunub:1527
Vəkili Aydın Nəzərli ilə bir dəfə görüşüb.
Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili, ömürlük məhbus Hacı Məmmədov ailəsi ilə görüşməkdən imtina edir. Ümumiyyətlə, heçkimlə görüşmək istəmir, görüşlərdən imtina etdiyi üçün ailəsi ona vəkil tutub.

Bu barədə AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Onun sözlərinə görə, sabiq nazirlik əməkdaşının psixoloji durumu hazırda normaldır:

`20 gün olar ki, Hacı Məmmədovun saxlanıldığı təcridxanada olmuşam. Onunla maraqlanmışam. Bildiriblər ki, səhhəti normaldır. Hamıdan görüşdən imtina edib, vəkili Aydın Nəzərli ilə bir dəfə görüşüb. O, həbsxanada şəkillər çəkir. Çəkdiyi şəkillərin 4-nü mənə verib, amma maraqlısı odur ki, çəkdiyi şəkillərin hamısına parol qoyur, həmin parolu da açıqlamır. Hacı Məmmədov çalışır ki, yaddan çıxsın. Amma bu, mümkün deyil, onun nə qədər cinayətlərdə əli var. Belə adam necə yaddan çıxa bilər?`

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti