MSK Cəmil Həsənlinin müraciətini təmin etmədi
İclasda ADP və Ədalət partiyaları tərəfindən vəkil edilmiş şəxslərin qeydə alınması, Ümid Partiyasından vəkil edilmiş şəxsin isə qeydiyyatının ləğvi məsələlərinə də baxılıb.
MSK daxil olmuş müraciətlərə baxıb və müvafiq qərarlar verib. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli MSK-ya müraciət edərək İctimai Televiziyada keçirilən debatlarda prezidentliyə namizəd Hafiz Hacıyevin Milli Şura üzvlərini açıq şəkildə hədələdiyini, onların şərəf və ləyaqətlərini təhqir etdiyini nəzərə çatdırıb və tədbir görülməsini istəyib. MSK üzvləri bildiriblər ki, müraciət kifayət qədər araşdırılıb və Hafiz Hacıyevin fikirlərində təhqir elementləri var: "Amma bu, namizədliyin ləğvinə əsas yaratmır. Seçki Məcəlləsinin müvafiq maddəsinin tətbiqi burada mümkün deyil. Yaxşı olar ki, Cəmil Həsənli bu ittihamı məhkəmə instansiyasında çəkişmə predmeti etsin".
Teqlər: