`Korrupsiya ilə mübarizəyə vətəndaşlar cəlb olunmalıdır`
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində vətəndaş cəmiyyəti institutları ilə keçirilən görüşdəki çıxışında deyib.
O bildirib ki, korrupsiyaya qarşı mübarizə aparmaq üçün bu prossesə həm də vətəndaşlar cəlb olunmalıdır. Bundan başqa ciddi siyasi iradə ortaya qoyulmalıdır ki, bunu da prezident İlham Əliyev edib:
“Buna görə də QHT-lər də bu işdə fəal iştirak etməlidir. QHT-lərə Dövlət Dəstəyi Şurası korrupsiya ilə mübarizə istiqamətində QHT-lərin bilik və bacarığını irəli sürdüyü layihələri maliyyə dəstəyi ilə təmin edə bilər. Biz QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclasında bu məsələni müzakirə edəcəyik”.
Fatimə