Telekanalın icraçı direktoru işdən çıxarıldı
Kənan Musayev AzVision.az-a açıqlamasında xəbəri təsdiq edib. Bildirib ki, o artıq Gəncənin “Kəpəz” telekanalına icraçı direktor təyin edilib: “Mən “Kəpəz” tv-ə icraçı direktor təyin edilmişəm. Amma bu kanalda baş direktor Fuad Cabbarovdur, o öz yerində qalır. Mən elə “Turkel” tv-də də icraçı direktor idim, bura da həmin vəzifəyə gedirəm”.
Qeyd edək ki, “Turkel” tv-ə yeni icraçı direktoru təyin olunan Nadir Şəfiyev 1993-cü ildən Azərbaycan Dövlət Televiziyasında işləyib. Ştatdan-kənar müxbir vəzifəsindən başlayaraq, redaktor, baş redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb. "Sara" müstəqil teleradio şirkətində xəbərlər departamentinin qucusu və direktoru olub. İctimai Televiziya yaradılanda xəbərlər departamentinin qurulmasında birbaşa iştirak edib, daha sonra İctimai radionun Xəbərlər və Analitik Proqramlar departamentinə rəhbərlik edib. 2006-2007-ci illərdə İTV-nin Rusiya Federasiyasındakı müxbir məntəqəsinin ilk müxbiri olub. Hazırda Reqional Televiziyada "Dünya...Siyasət" adlı həftəlik analitik proqram və "Hərb tarixi" sənədli filmlər layihəsinin müəllifi olub.
Sevinc İltifatqızı