Parlamentdə bank faizləri müzakirə olunacaq

Parlamentdə bank faizləri müzakirə olunacaq
  02 Oktyabr 2013    Oxunub:1502
Azərbaycanda bank təşkilatları üzrə kreditlərin faiz dərəcələri aşağı salınmalıdır və Mərkəzi Bank bu sahədə kommersiya bankları ilə birlikdə çalışmalıdır.

Bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib.

Onun fikrincə, ümumilikdə, ölkənin maliyyə bazarında kreditlərə çıxış imkanları asanlaşdırılmalıdır, mövcud problemlər, o cümlədən girovlarla bağlı olan problemlər həll edilməlidir. Bundan əlavə Z.Səmədzadə hesab edir ki, kommersiya banklarının xərclər strukturu diqqətlə təhlil olunmalıdır ki, bankların mənfəətliliyi artsın.

Z.Səmədzadə bildirib ki, bu yaxınlarda parlamentdə 2014-cü il üçün büdcə zərfi ilə bağlı aparılacaq müzakirələr çərçivəsində faiz dərəcələri məsələsi ətrafında da müzakirələrin aparılması nəzərdə tutulur.(apa)



Teqlər:





Xəbər lenti