Seçkiləri izləyəcək xarici KİV-in siyahısı - EKSKLÜZİV

Seçkiləri izləyəcək xarici KİV-in siyahısı - EKSKLÜZİV
  02 Oktyabr 2013    Oxunub:1139
Mərkəzi Seçki Komissiyasında neçə beynəlxalq KİV akkreditasiyadan keçib?

“9 oktyabr Azərbaycanda keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasında (MSK) sentyabrın 30-a qədər 12 beynəlxaq KİV akkreditasiyadan keçib”. AzVision.az-a açıqlamasına bunu MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib.

O, bildirib ki, sentyabrın 30-a qədər MSK-da 12 KİV-dən 48 nəfər qeydiyyatdan keçib.

Həmin siyahını təqdim edirik:

1. TRT 6 nəfər
2. Azadlıq Radiosu Bakı Bürosu 11 nəfər
3. Bloomberg News xəbər agentliyi 1 nəfər
4. BBC 4 nəfər
5. Reuters Agentliyi 7 nəfər
6. Cihan Haber Ajansı 1 nəfər
7. Vesti Seqodnya 1 nəfər
8. İTAR TASS 1 nəfər
9. Associated Press 5 nəfər
10. ARD 5 nəfər
11. New York times 4 nəfər
12. Avropa Pressfoto agentliyi 2 nəfər

MSK rəsmisi qeyd edib ki, KİV yox, ümumilikdə müşahidəçilər qeydiyyat üçün səsvermə gününə 10 gün qalmışa qədər müraciət etməlidirlər: “Elə etməlidirlər ki, onların sənədlərinin qeydiyyatı və löhvəciyinin hazırlanması üçün vaxtımız olsun”.

A.Sarıyev bildirib ki, beynəlxalq KİV MSK-da akkreditasiyadan keçməzdən öncə Xarici İşlər Nazirliyində akkreditasiyadan keçməlidirlər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti