Qubaya 5 milyon verildi

Qubaya 5 milyon verildi
  02 Fevral 2013    Oxunub:2508
[B]Prezident İlham Əliyev Quba rayon İcra Hakimiyyətinə 5 milyon manat ayırdı. [/B]
AzVision.az-ın məlumatına əsasən, Prezident bu gün “Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam” imzalayıb.
Həmin Sərəncamda deyilir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0  milyon manat ayrılsın.

Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsi isə Maliyyə Nazirliyinə həvalə edilib.


Teqlər:  





Xəbər lenti