Cəzaçəkmə Müəssisəsində məscid tikilib
Müəssisədə məhkumların mənəvi dəyərlərini həyata keçirmək üçün yaradılmış şəraitdən söz açan İntiqam Əliyev yeni inşa olunan məsciddən danışıb. Bildirib ki, yüksək keyfiyyət və memarlıq üslubunda ərsəyə gələn məscid heç də kənd və şəhərdəki ibadət ocaqlarından geri qalmır. Daha sonra qonaqlar müəssisədə istifadəyə hazır məscidlə tanış olublar.
250-dən çox məhkumun ibadət edə biləcəyi məscidlə yanaşı, dəstnamazxana, ayrıca mərasim yeri, mətbəx, kitabxana da inşa edilib. Eyni anda istilik və soyutma sistemləri quraşdırılıb, akustika, milli-mənəvi dəyərlərimizin tərənnüm edildiyi dekorasiya işləri görülüb.
AzVision.az
Teqlər: DQİDK Penitensiar-Xidmət