"Qarabağ"ın oyunçusu UEFA-nın TOP-5-də 1-cidir

"Qarabağ"ın oyunçusu UEFA-nın TOP-5-də 1-cidir
  28 Sentyabr 2024    Oxunub:1526
UEFA Avropa Liqasının 1-ci turundan sonra statistik göstəriciləri açıqlayıb.
Yarışda ən çox künc zərbəsi yerinə yetirən futbolçular sırasında "Qarabağ"ın oyunçusu da yer alıb.

Əlcəzairli oyunçu Yassin Benzia bu göstəricidə TOP-5-in lideridir. 30 yaşlı yarımmüdafiəçi turnirin əsas mərhələsində 7 dəfə korner yerinə yetirib. Bu, “Tottenhem”lə Londondakı görüşdə baş verib. Həmin oyunda “Qarabağ” 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Mançester Yunayted”dən Kristian Eriksen də 7 dəfə künc zərbəsi yerinə yetirib. O, siyahıda 2-ci qeyd olunub.

“Qalatasaray”dan Dris Mertens (6), “Mityülland”dan Dario Osorio (6) və “Hoffenhaym”dan Tom Bişof (5) sonrakı yerləri tutublar.
AzVision.az



Teqlər:





Xəbər lenti