Binəqədi-Balaxanı yolunun bir hissəsi bağalanacaq

Binəqədi-Balaxanı yolunun bir hissəsi bağalanacaq
  27 Sentyabr 2024    Oxunub:280
30 sentyabr saat 06:00-dan etibarən Böyükşor-Pirşağı-Bilgəh yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Binəqədi-Balaxanı avtomobil yolunda “Balaxanı dairəsi” adlanan ərazinin yenidən qurulan hissəsinin 2-ci mərhələsində aparılan tikinti işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək (yol bağlanmır).
AzVision.az xəbər verir ki, sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti