İrəvan Rusiya ilə münasibətlərdə problemlər yaşadığını etiraf etdi

İrəvan Rusiya ilə münasibətlərdə problemlər yaşadığını etiraf etdi
  27 Sentyabr 2024    Oxunub:294
Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Rusiya mövzusunda diqqət çəkən açıqlamalar verib.
O, Yerablur hərbi panteonunda olarkən Rusiya ilə münasibətlərdə problemlərin olduğunu etiraf edib: "Lakin bu problemlərin həllinə ehtiyac var. Münasibətlərdə müəyyən çətinliklər yaranıb. Mənim fikrimcə, bütün bu maneələri tarazlaşdırmaq və onları aradan qaldırmaq lazımdır. Dünyada vəziyyət ağırlaşıb. Bizim regionda isə daha çox ağır durum yaranıb. Bu cür situasiya hələlik tam cavablandırılmamış bir çox sualları doğurur".

"Delimitasiyanın növbəti mərhələsi ilə bağlı qərar verilməyib" - Qriqoryan
Ermənistan baş nazirinin müavini onu da əlavə edib ki, yaranmış problemlərin həlli yollarını axtarmaq və əsaslandırılmış qərarlar qəbul etmək lazımdır.

Qeyd edək ki, son vaxtlar Ermənistanla Rusiya arasında münasibətlərdə gərginlik müşahidə olunur. Hər iki ölkənin hakimiyyət nümayəndələri vaxtaşırı qarşılıqlı tənqidi bəyanatlar səsləndirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti