Ceyhun Bayramov bolqarıstanlı həmkarını regionla bağlı məlumatlandırıb
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin qarşılıqlı faydalı əməkdaşlığımızı daha da gücləndirdiyi xüsusi qeyd olunub. Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın vacib olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində görülmüş işlərdən bəhs olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: