Xamenei Nəsrullahın ölümündən sonra təhlükəsiz yerə köçürülüb -"Reuters"

  Xamenei Nəsrullahın ölümündən sonra təhlükəsiz yerə köçürülüb    -"Reuters"
  28 Sentyabr 2024    Oxunub:1314
İranın ali dini lideri Ayətullah Əli Xamenei Livanın "Hizbullah" təşkilatının baş katibi Həsən Nəsrullahın öldürülməsindən sonra “təhlükəsiz yerə” köçürülüb.
Bu barədə TASS “Reuters”-ə istinadən məlumat yayıb.

"Reuters" öz mənbələrinə istinad edib.

Türkiyə "Hizbullah" liderinin öldürülməsinə reaksiya verdi
Bildirilib ki, Xameneinin yerləşdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İran rəsmiləri isə atılacaq növbəti addımları müəyyən etmək üçün "Hizbullah" və regiondakı digər müttəfiqləri ilə daim əlaqə saxlayırlar.

Xatırladaq ki, bu gün İsrail ordusunun(TSAXAL) mətbuat xidməti dünya gündəminə çevrilən məlumat yayıb. Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah ölüb.

Dünya gündəminə çevrilən məlum hadisədən sonra Xamenei dərhal Ali Milli Təhlükəsizlik Şurasını toplayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Livan  





Xəbər lenti