Türkiyə "Hizbullah" liderinin öldürülməsinə reaksiya verdi

   Türkiyə "Hizbullah" liderinin öldürülməsinə reaksiya verdi
  28 Sentyabr 2024    Oxunub:1255
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz CNN Türk telekanalına müsahibəsində Livanın "Hizbullah" hərəkatının rəhbəri Həsən Nəsrullahın öldürülməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.
Onun sözlərinə görə, Nəsrullahın aradan götürülməsi Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olacaq. Bu həm də İsrailin istəyidir.

"Hizbullah" lideri öldürülüb
“Məlum hadisə şübhəsiz ki, geosiyasi gərginliyin artmasına səbəb olacaq. Prinsipcə, İsrail buna çalışır”, - Yılmaz vurğulayıb.

Xatırladaq ki, bu gün İsrail ordusunun(TSAXAL) mətbuat xidməti dünya gündəminə çevrilən məlumat yayıb.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah ölüb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Livan   Hizbullah  





Xəbər lenti