Qarabağda itkin düşənlərin 564 qohumundan ağız suyu nümunələri götürülüb
17 Noyabr 2017
Oxunub:2188
Beynəlxalq Qızıl Xaç Komitəsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bu ilin 6 ayı ərzində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.
AzVision.az xəbər verir ki, itkin düşmüş şəxslərin 564 nəfər yaxınından ağız suyu nümunəsi götürülüb.
Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərin yaxınlarından götürülür və gələcəkdə mümkün ekskumasiya zamanı üçün istifadə üçün saxlanılır.