Dövlət din xadimlərinə maaş verəcək
“Bu proses Fond tərəfindən həyata keçiriləcək. Burada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi təyin olunmuş din xadimlərinə əmək haqqı ayrılmasından söhbət gedir. QMİ tərəfindən təyin olunmuş şəxslərin siyahısı dövlət komitəsinə təqdim olunduqdan sonra Fond vasitəsilə din xadimlərinə məvacib veriləcək. Məvacibin miqdarı isə din xadiminin tutduğu vəzifədən aslı olacaq. Bunun üzərində hazırsa iş gedir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: QMİ