Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən
AzVision.az-a verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
AzVision.az