“Ermənistan təbii sərvətlərimizi talan edir” - Nazir
Nazir hazırda ölkədə bərpa olunan enerjidən istifadənin genişləndiyi, karbonun udulması üzrə arid və semi-arid ərazilərdə yeni meşə massivlərinin salındığı qeyd edib. O, elektrik stansiyalarında mazutdan istifadənin dayandırılması, yeni aqromeşə plantasiyalarının salınması və s. nəticəsində 1990-cı ildən indiyə qədər təxminən 650 milyon ton karbon tullantısının azaldıldığı və bütün bu tədbirlərin Azərbaycan dövlətinin öz maliyyə vəsaiti hesabına həyata keçirildiyi vurğulayıb.
H. Bağırov çıxışında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin vəhşicəsinə talan edildiyini, meşələrin amansızcasına yandırıldığını diqqətə çatdırıb. Nazir bu cür amillərin götürülən öhdəliklərin yerinə yetirilməsinə maneə olduğunu, Birləşmiş Millətlər Təşkilatının bu sahədə təsir gücünün daha da artırılmasının vacibliyini bildirib.
AzVision.az
Teqlər: ETSN Qarabağ Ermənistan