Bakıda külək, rayonlarda yağış olacaq
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
AzVision.az