BP rəsmisi: “Çelsi” ilə oyunda “Qarabağ”a azarkeşlik edəcəyəm
"BP Azərbaycanda 25 ilə yaxındır ki, təhlükəsiz və effektiv şəkildə fəaliyyət göstərir. Biz Azərbaycanda çox uğurlu və hərtərəfli əməkdaşlıq qura bilmişik. Biz bu yaxınlarda yeni neft müqaviləsi bağlamaqla əməkdaşlığımızda yeni mərhələ açdıq. Cənab Rövnəq Abdullayevlə mənim bir ortaq cəhətimiz var. Biz ikimiz də futbol azarkeşiyik" - BP rəsmisi qeyd edib.
Qari Cons Çempionlar Liqasında "Qarabağ" futbol klubuna azarkeşlik etdiyini deyib: "Mən bilirəm ki, gələn həftə Çempionlar Liqası çərçivəsində "Qarabağ" və "Çelsi" qarşılaşacaq. Düzdür, mən ölkənizdə olmasam da, bütün qəlbimlə "Qarabağ"a azarkeşlik edəcəyəm".
Eldar Tanrıverdyev
AzVision.az