Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb.
Bildirildi ki, “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.
Prezident İlham Əliyev müəssisə tərəfindən istehsal edilən və “SAB” -“Made in Azerbaijan” brendi altında bazara çıxarılan ət və süd məhsullarının istehsalı prosesi ilə tanış oldu, hazır məhsullara baxdı. Komplekslə tanışlıqdan sonra xatirə şəkili çəkdirildi.
AzVision.az