Energetika Nazirliyində kadr dəyişiklikləri olub
Bundan başqa, Enerji Nəzarət İdarəsinin rəisi vəzifəsinin icrası bir ay müddətinə elektroenergetika şöbəsinin müdiri Amil Mürsəliyevə həvalə olunub.
Beynəlxalq şöbənin müdiri vəzifəsi isə Esmira Cəfərovaya tapşırılıb.
Qeyd edək ki, E.Cəfərova Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Məsələləri İdarəsində üçüncü katib, xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində birinci katib, NATO şöbəsinin müdiri, Azərbaycan Respublikasının ATƏT yanındakı Missiyasında ikinci, üçüncü katib, BMT yanındakı Missiyasında birinci katib, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq məsələləri üzrə məsul ekspert, ADA Universitetində baş müəllim kimi çalışıb.
AzVision.az
Teqlər: Energetika Nazirlik