NATO PA-nın seminarında Azərbaycana qarşı təxribat
M. İbrahimqızı məruzə təqdim edərək bildirib ki, dəfələrlə BMT Təhlükəsizlik Şurası da daxil bir sıra beynəlxalq təşkilatlarda bu məsələ qaldırılsa da, Ermənistana faktiki olaraq heç bir real təsir göstərilməyib: "Artıq biz həmin beynəlxalq təşkilatların laqeydliyini görüb etirazımızı bildiririk. BMT Baş Assambleyasının sessiyasında da Azərbaycan prezidenti bunu açıq formada bildirdi. Bizə qarşı açıq ikili standartlar, Ermənistanın işğal faktına laqeydlik göstərilir".
Deputat Kataloniya məsələsinə toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ separatçıları tərəfindən qanunsuz seçkilər keçirilir: "Azərbaycan 25 ildən çoxdur separatçılıqdan əziyyət çəkir. Ölkəmizin buna görə bir milyondan çox qaçqın və köçkünü var".
Deputatın çıxışının ardınca Ermənistan nümayəndə heyətinin üzvü Karhun Nahaetyan seminar moderatorlarından mövzunu dəyişməyi tələb edib, Azərbaycanın işğala məruz qalması ilə bağlı müzakirələri pozmağa cəhd edib. Lakin onun səyləri nəticə verməyib.
Seminarın aparıcısı, NATO PA təmsilçisi Matej Tonine Azərbaycan nümayəndə heyətinin iradından sonra azərbaycanlı rəsmilərdən buna görə üzr istəyib, erməni deputatlara irad tutacaqlarını bildirib. NATO rəsmisi bu halı ikili standart kimi yox, Ermənistan nümayəndə heyətinin aqressiv reaksiyası kimi qəbul etməyi xahiş edib.
Seminar sabah davam edəcək.
AzVision.az
Teqlər: NATO Azərbaycan Ermənistan Qarabağ