Raquf Orucovun oğlu: “Ən böyük arzum səfir olmaqdır”
Bunu AzVision.az-a aprel döyüşlərində şəhid olan "Murov Qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun oğlu Aqşin Orucov deyib.
"ADA universitetindəki təhsildən razıyam. Atam da burada təhsil almağımı istəyirdi. Atamın arzusunu yerinə yetirdiyim üçün xoşbəxtəm. Çalışıram ki, atamın adına layiqli təhsil alım. Nəticələrim hamısı yüksəkdir. Ən böyük arzum səfir olmaqdıdır. Bu sahə üzrə təhsil alıram. Gələcəkdə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmək istəyirəm" - Aqşin Orucov əməkdaşımızla söhbətində deyib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Raquf-Orucov