3 mindən çox göz xəstəsi əməliyyat üçün növbə gözləyir
AzVision.az xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya mərkəzininin aparıcı elmi işçisi Fərəh Abduləliyeva jurnalistlərə açıqlamasında deyib.
Fərəh Abduləliyeva keraktokonus xəstəliyi, buynuz qişanın zədələnməsi kimi problem yaşayan şəxslər, yaşlı adamlarda əvvəlki göz əməliyyatlarından sonra yaranan problemlərdən sonra buynuz qişasının transplantasiyasına ehtiyac olduğunu bildirib:
“Bu xəstələr ölkəmizdə əməliyyat edilə bilmədiyindən xarici ölkələrə - Rusiya, İrana üz tuturdular. Artıq bu xəstələr ölkəmizdə əməliyyat ediləcək. İlkin mərhələdə bu əməliyyatı ölkədə yalnız 4 həkimin icra etməsinə icazə verilib. Bu həkimlər Milli Oftomologiya Mərkəzi və Respublika Diaqnostika Mərkəzində icra ediləcək”.
Elmi işçi qeyd edib ki, hazırda mərkəzdə buynuz qişa bankı yaradılır: “Gələcəkdə buynuz qişanın transplantasiyası üçün xaricdən donor gətirməyə ehtiyac olmayacaq”.
Aytən Zəhra
AzVision.az
Teqlər: