ABŞ səfirliyi: Həmsədrlərin regiona səfəri gözlənilmir

ABŞ səfirliyi: Həmsədrlərin regiona səfəri gözlənilmir
  25 Oktyabr 2017    Oxunub:2106
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Andrü Şoferin yaxın vaxtlarda regiona səfəri gözlənilmir.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edək ki, ötən gün Qarabağdakı qondarma qurumun “müdafiə naziri” Levon Mnaçkanyan erməni jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaxın günlərdə regiona səfər edəcəyini bildirmişdi. Onun sözlərinə görə, həmsədrlər regiondakı cari durumu müzakirə edəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ATƏT   ABŞ  





Xəbər lenti