Xaricdə təhsil alan tələbələrə şad xəbər

Xaricdə təhsil alan tələbələrə şad xəbər
  30 Avqust 2013    Oxunub:1349
Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin təhsil xərclərinin verilməsi üçün onlara plastik kartlar paylanacaq.
Trend-in məlumatına görə, bunu Bakıda ASAİF-in XI Yay Forumunda çıxışı zamanı Azərbaycan təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov deyib ki, xaricdə təhsil alanların təhsil xərclərinin maliyyələşdirilməsi üçün bəzi islahatlar aparmaq niyyəti var.

Nazir bildirib ki, həmin tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsində bəzi problemlər, bürokratik əngəllər ortaya çıxırdı: "Biz artıq hesab edirik ki, bu problemin çox sadə həlli yolu var. Tələbələr təhsil xərclərini mərkəzləşdirilmiş qaydada alsınlar, plastik kartlarla təmin edilsinlər".(trend)


Teqlər:





Xəbər lenti