Əli Həsənov :`Müxalifətin yerinə biz utanırıq`
Modern.az-ın məlumatına görə, bu sözləri Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri, YAP sədrinin müavini Əli Həsənov Qubadlının işğalının 20-ci ildönümü ilə bağlı “Şəhriyar” Mədəniyyət Sarayında keçirilən anım tədbirində söyləyib.
Əli Həsənov müxalif qüvvələrin birləşdiyi Milli Şuranın prezidentliyə yeni vahid namizədi Cəmil Həsənli barədə də danışıb. O, Cəmil Həsənlini müsbət imici olan tanınmış elm adamı kimi xarakterizə etməklə yanaşı, onun müxalifətin oyununa salındığını vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, Milli Şura namizədliyini verməklə Cəmil Həsənli kimi abırlı-həyalı elm adamını pis vəziyyətə salacaq.
Teqlər: