MSK Cəmil Həsənliyə imza vərəqlərini verdi
Bu barədə musavat.com-a məlumat verən G.Aslanlı bildirib ki, o imza ataraq 900 ədəd imza vərəqi götürüb və bu, təxminən 45 min imzanın toplanması üçün yetərlidir.
Qeyd edək ki, ölkə müxalifətinin vahid namizədi, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin namizədliyi MSK-da dünən təsdiqlənsə də, MSK ona dünən imza vərəqlərini verməkdən imtina etmişdi. C.Həsənliyə imza vərəqlərinin bu barədə məlumatın rəsmi qəzetlərdə dərc olunmasından sonra veriləcəyi bildirilmişdi.
Artıq Milli Şuranın bu problemi arxada qalıb və MSK-dan götürülmüş imza vərəqlərinin Milli Şuraya daxil olan partiyaların rayon təşkilatları arasında bölüşdürülməsinə başlanıb.
Teqlər: