Məmmədyarov nümayəndə heyətini qəbul edib

Məmmədyarov nümayəndə heyətini qəbul edib
  30 Avqust 2013    Oxunub:898
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lyublyana şəhərinin meri Zoran Yankoviç başda olmaqla, Sloveniyanın müdafiə naziri Roman Jakiç və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, E. Məmmədyarov ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafından məmnunluq bildirib. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən nazir beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. E. Məmmədyarov, həmçinin turizm, logistika, infrastruktur kimi sahələrdə iki ölkənin işgüzar dairələrinin əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Sloveniya nümayəndə heyətinin başçısı, Lyublyana şəhərinin meri Zoran Yankoviç Azərbaycan və Sloveniya arasında ikitərəfli münasibətlərin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Sloveniyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti