Türkiyə səfirliyindən jurnalistlərə təbrik

Türkiyə səfirliyindən jurnalistlərə təbrik
  22 İyul 2013    Oxunub:966
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi təyin edilmiş Həmid Qaradəniz Azərbaycan jurnalistləri Mətbuat günü münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Bu gün Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan milli mətbuatının 138-ci ildönümü qeyd olunur. Milli mətbuatın yaranması Azərbaycan xalqının taleyinde bir dönüş nöqtəsi oldu. Sağlam təməllər üzərində qurulan 138 illik Azərbaycan mətbuatı, keşməkeşli və çətin yollardan keçərək bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Bu inkişafda əməyi və töhfəsi olan bütün medya nümayəndələrini əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir və bu müqəddəs yolda yeni yeni uğurlar arzu edirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti