Sahibə Qafarova Cahit Bağçını qəbul edib
Söhbət zamanı səfir C.Bağçının Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb.
İki ölkə arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərin də rolu qeyd edilib. Qanunverici orqanların və deputatların bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.
Səfir C.Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.
AzVision.az
Teqlər: