Sahibə Qafarova Belarus səfirini qəbul edib

Sahibə Qafarova Belarus səfirini qəbul edib
  24 Yanvar 2025    Oxunub:321
Milli Məclisin sədri Sahibə Qafarova Belarusun Bakıdakı səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Görüşdə Andrey Ravkovun səfir kimi ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səmərəli fəaliyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycan və Belarus arasında münasibətlərin bütün sahələri əhatə etməklə, dostluq prinsiplərinə söykəndiyi ifadə edilərək, bu əlaqələrin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd edilib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və geniş siyasi təmasların münasibətlərin inkişafına töhfələri vurğulanıb. O cümlədən, ölkələrin beynəlxalq təşkilatlarda da səmərəli fəaliyyəti qeyd olunub.

Görüşdə parlamentlər arasında münasibətlərin ölkələr arasında əməkdaşlığın mühüm bir istiqamətini təşkil etdiyi, qanunverici orqanların həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyi qeyd olunub.

Səfir Andrey Ravkov diqqətə və Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə dəstəyə görə təşəkkür edərək, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti