Ermənistan silahlı münaqişə ilə üzləşə bilər
Ermənistan Qazaxıstan, İsrail, Polşa, Misir, Səudiyyə Ərəbistanı və digər dövlətlərlə yanaşı, silahlı münaqişələr probleminin prioritet olduğu 12 ölkə siyahısına düşüb.
Növbəti iki ildə Ermənistan üçün əsas risklərin və potensial təhlükələrin siyahısına aşağıdakılar daxildir:
1. Silahlı münaqişə (dövlətlərarası, dövlətdaxili, proksi müharibələr, çevrilişlər və s.)
2. Məcburi miqrasiya
3. Dezinformasiya
4. İşçi qüvvəsinin və/və ya peşəkarılığın çatışmazlığı
5. Geoiqtisadi qarşıdurma (sanksiyalar, tariflər, investisiyaların saf-çürük edilməsi və s.).
Hesabatda bildirilir ki, hazırkı dünya münaqişələri ilə bağlı yüksək qeyri-müəyyənlik, artan gərginlik və onların həlli üçün beynəlxalq səylərin göstərilməməsi təhlükəli şərait yaradır.
Qeyd edək ki, Qlobal Risk Sorğusu 2025 hesabatı elm, biznes, hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətindən olan 900-dən çox dünya liderinin riskin qavranılması barədə sorğusunun nəticələrinə əsaslanır. Hesabatda Qlobal Risk Məsləhət Şurasının, Kompleks Risklər üzrə Qlobal Gələcək Şurasının və Baş Risk Məsləhətçisi icmasının ekspertləri də daxil olmaqla, mövzu üzrə təxminən 100 ekspertin rəyi əsas götürülüb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: