Maaşını verməyən müdirin evini yardı - Video
Məhəmməd Sərdarov - saxlanılan şəxs: "Mənim 900 manatımı vermədi. Mən də uşaqlara dedim ki, müdirimin evində belə antik, bahalı əşyalar var, razılaşdıq, getdik. Haqqımı vermədiyinə görə eləmişəm".
Məhəmməd tanışlarını da başına yığaraq müdirindən acıq çıxmaq üçün fərdi yaşayış evini qarət etməyə gedib. Şəxslər evdən antik əşyalar və velosiped oğurlayıblar. Əldə etdikləri qənimətləri isə Sabunçu bazarında satmağa çalışıblar.
Törətdikləri cinayət əməlindən sonra şəxslər gizlətdikləri 19 kq marixuananı da götürərək Quba rayonuna üz tutublar. Lakin onların sevincləri cox çəkməyib. Faktla bağlı araşdırmalar davam etdirilir.