İlham Əliyevin COP-29-a dəvət məktubu Ərdoğana təqdim edilib - FOTO - YENİLƏNİB

 İlham Əliyevin COP-29-a dəvət məktubu Ərdoğana təqdim edilib -  FOTO - YENİLƏNİB
  08 May 2024    Oxunub:1289
Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada görüşünün təfərrüatı açıqlanıb.
AzVision.az xəbər verir ki, Ərdoğan Azərbaycan və Ermənistanla arasında sülh prosesinin irəliləyişindən məmnunluğunu, Almatıda keçiriləcək görüşdən müsbət nəticələr gözlədiyini, sülh sazişinin tezliklə imzalanması və regionda sabitliyin zərurətini bildirib.

O, tərəflərin regiona qərəzli müdaxilələrə qarşı sıx əməkdaşlığının vacibliyini, Türkiyənin Azərbaycana çoxcəhətli dəstəyinin davam edəcəyini vurğulayıb.

Tərəflər həmçinin İsrail-HƏMAS müharibəsinin cari vəziyyəti, regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

* * *

18:14
Türkiyəyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 8-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
AzVision.az xəbər verir ki, Əli Əsədov Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

O, cari ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-da iştirakla bağlı Prezidentin dəvət məktubunu Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri ilə bağlı müzakirə aparılıb.

* * *

17:29
Türkiyədə rəsmi səfərdə olan Baş nazir Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

* * *

17:02
"Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq".
AzVision.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra mətbuat konfransında deyib.

O bildirib ki, cənab Prezident İlham Əliyev adından COP-29-a dəvət məktubu Türkiyə Prezidentinə təqdim ediləcək.

AzVision.az


Teqlər: COP29  





Xəbər lenti