Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edildi

   Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edildi
  07 May 2024    Oxunub:766
NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüb.
AzVision.az xəbər verir ki, NATO rəsmisi bu barədə “X” hesabında yazıb.

“NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonra normallaşma prosesində regional dinamika müzakirə edildi”.

AzVision.az


Teqlər:





Xəbər lenti